QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
9 Avqust , 2019

    09 avqust 2019 –cu il tarixdə saat 10:00-da Qazax rayon MKS-in  E.Hüseynov adına Mərkəzi kitabxana Şəhər  Səməd Vurğun adına istirahət  parkında “Kitabı tanıdın, kitabla tanının” devizi altında  Səyyar kitabxana xidməti göstərib.Oxucuların asudə vaxtının səmərəli təkili və onlarda kitab mütaliəsinə marağın artması məqsədi ilə  təşkil olunan sərgi gün ərzində davam edib. Sərgidə müxtəlif səpgili mövzulara həsr olunmuş 230- dən çox kitab və müxtəlif nəşr nümunələri nümayiş olunub. Sərgidə  müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, ümummilli lider Heydər Əliyevə, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə, Azərbaycan dilinə və  tarixinə, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan Qəhrəmanlarımıza, Şəhidlərimizə həsr olunmuş kitablar daha çox maraqla izlənilib.

Foto Qalereya