QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
21 Avqust , 2019

     21 avqust 2019-cu il tarixdə saat 13:00-da Qazax rayon MKS-in Xanlıqlar kənd kitabxana filialı Xanlıqlar kənd həkim məntəqəsində “Azərbaycanı sev və öyrən” adlı Səyyar kitabxana xidməti təşkil edib.  Tədbirdə 13 nəfər iştirak edib.Oxucuların asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbir milli vətənpərvərlik ruhunun aşılanmasına yönləndirilib. Yaşadığımız ərazi  mənfur düşmənlərlə üzbəüz olduğu üçün onların iç üzünü açıb-göstərən tarixi kitablar daha çox təbliğ olunub. Qədim tarixə və zəngin mədəniyyətə malik ölkəmizin tarixini əsk etdirən materialları vərəqləyən oxucular az vaxtda əhatəli məlumatlandırıldıqları üçün öz minnətdarlıqlarını bildirdilər.