QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
21 Avqust , 2019

21 avqust 2019 – cu il tarixdə saat 11:00-da Qazax rayon MKS-in E. Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Çaylı kəndində “Yay məktəbi” rublikasında  “Azərbaycanı sev və öyrən” adlı  səyyar kitabxana  xidməti təşkil edib.  Tədbirdə fəal oxuculardan ibarət olmaqla 18 nəfər oxucu iştirak edib. Oxucuların, məktəblilərin asudə vaxtının səmərəli təşkilinə yönəldilən tədbir zamanı qədim və zəngin tarixə, mədəniyyətə malik olan Azərbaycanın tarixi haqqında  kitabxananın mütəxəssisi  Gülbəsti Musayeva iştirakçılara qısa məlumat verib. Oxucular Ziyəddin Sultanov “Xocalı faciəsi”, Səriyyə Müslümqızı “Xocalı uşaqları”, “Qan içində qar çiçəyi”, İsmayıl Vəliyev “Qara gündəlik” əsərlərindən parçalar oxuyub, disklərə yazılmış səsli nağıllara qulaq asıblar. Sonda Çaylı kənd 1 saylı tam orta məktəbin  şagirdi  Şahvələd Hüseynovun  ifasında saz havaları səsləndirilib.

Foto Qalereya