QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
23 Avqust , 2019

 23 avqust 2019-cu il tarixdə saat 11:30-da Aşağı Salahlı kənd kitabxana filialı Diyarşünaslıq evi ilə birgə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə  “Azərbaycan mədəniyyətinin hamisi”adlı anım tədbiri keçirib. Tədbirdə kənd İcra, Bələdiyyə nümayəndələri , fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla 25 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Fatmanisə Hüseynova Mehriban Əliyevanın həyat yolu haqqında ətraflı məlumat verib: Mehriban Əliyeva  milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliği, genişmiqyasli xeyriyyəçilik fəaliyyətikimi missiyaları ilə görkəmli ictimai-siyasi xadim kimi şöhrət qazanmışdır. O, 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir.  Diyarşünaslıq evinin müdiri Rasimə Hüseyona çıxışında qeyd edib ki, Mehriban Əliyeva 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsindəki  xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2017-ci il fevralın 21-dən isə  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Tədbir Mehriban Əliyevanın həyat və fəaliyyətinə  həsr olunmuş sərgiyə baxışla sona çatıb.