QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
23 Avqust , 2019

23 avqust 2019-cu il tarixdə saat 15:00-da   Aşağı Salahlı kənd kitabxana filialı  Diyarşünaslıq evi ilə birlikdə Körpələr evi – Uşaq bağçasında Yay məktəbi” rublikasında “Səyyar kitabxana” xidməti  və konsert təşkil edib. Tədbirdə Bağçanın müəllimləri, körpə fidanları  və mədəniyyət  işçilərindən ibarət olmaqla   55 nəfər iştirak edib. Tədbiri açan kitabxana fililalının müdiri Fatmanisə Hüseynova bildirib  ki, oxuculara səyyar xidmətin təşkilində məqsəd gənc nəslin dünya görüşünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də  yeni oxucuları kitabxanaya cəlb etməkdir.       Diyarşünaslıq evinin müdiri Rasimə Hüseynova çıxışında yay mövsümündə istirahətin daha da səmərəli keçməsi üçün belə tədbirlərin əhəmiyyətini vurğulayıb.Tədbirdə sərgilənən “Sehrli dünya” və “Göy qurşağı” jurnallarındakı nağıl qəhrəmanları kiçik yaşlı uşaqların diqqətini daha çox cəlb edib.Dərnək üzvlərinin bir-birindən maraqlı çıxışları tədbir iştirakçıları tərəfindən maraqla və alqışlarla qarşılanıb.