QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
26 Avqust , 2019

  26 avqust 2019-cu il tarixdə saat 11:00-da Qazax rayon MKS-in Daş Salahlı kənd 1 saylı kitabxana filialı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə “Böyük uğurların izi ilə” adlı məruzə keçirib. Tədbirdə Bələdiyyə nümayəndəsi, fəal oxucular və mədəniyyət işçilərindən bir qrup olmaqla 25 nəfər iştirak edib.Tədbiri kitabxanaçı Rübabə Süleymanova açaraq “Böyük uğurların izi ilə” adlı məruzə ilə çıxış edib. O, məruzəsində  qeyd edib ki, Azərbaycanın birinci xanımı ilk növbədə milli maraqların keşiyində duran xanımdır. Məhz Mehriban xanımın birbaşa təşəbbüsü ilə ənənəvi milli musiqinin, ədəbiyyat və poeziyanın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir. Bələdiyə nümayəndəsi Akif Yusifov və Sənətkarlıq evinin bədii rəhbəri Mətanət  Bayramova məruzə ətrafı çıxışlarında bildiriblər ki, Mehriban xanımın Azərbaycanın dünyada yüksək,  eyni zamanda qədim mədəniyyətə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri var. Digər çıxış edənlər Birinci vitse-prezident kimi Mehriban xanımın Azərbaycan mədəniyyəti, elmi və incəsənətin bütün sahələrinə göstərdiyi qayğı  haqqında danışıblar.