QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
26 Avqust , 2019

 

26 avqust 2019-cu il saat 12:00- da Qazax rayon MKS-in E.Hüseynov adına Mərkəzi Kitabxananın  Uşaq şöbəsi Azərbaycan Respublikasının Birinci vitse -  prezidenti Mehriban Əliyevanın ad günü münasibəti ilə “Azərbaycan Mədəniyyətinin Təəssübkeşi” adlı tədbir keçirib. Tədbirdə mədəniyyət işçilərindən ibarət olmaqla  22 nəfər iştirak edib. Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edərək  “İşıqlı əməllər sahibi” adlı məruzə ilə çıxış edib.Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova da Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib. Mehriban xanımın uşaqlar haqqında dediyi: “Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır” – sözlərini diqqətə çatdırıb.Mədəniyyət işçilərindən: Tamam Mancanova, Ülviyyə Məşədiyeva  Mehriban xanım Əliyeva haqqında ürək sözlərini bildiriblər. Tədbirin sonunda “Azərbaycan Mədəniyyətinin Təəssübkeşi adlı sərgiyə baxış keçirilib.

Foto Qalereya