QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
27 Avqust , 2019

  27 avqust 2019-cu il tarixdə saat 11:00-da Alpout kənd kitabxana filialı kənd tam orta məktəbin həyətində “Yay məktəbi” rublikasında  “Səyyar kitabxana” xidməti təşkil edib. Tədbirdə fəal oxucular, kənd əhalisindən bir qrup və mədəniyyət işçilərindən ibarət olmaqla 43 nəfər iştirak edib. Sərgidə “Zəmanəmizin böyük Azərbaycanlısı”, “Şəhidlər ölməz”, “Nağıllı dünya uşaqların gözü ilə”,  “Sehrli dünya” və s.  başlıqda 170 –dən çox  müxtəlif kitablar,  jurnallar oxucuların istifadəsinə verilib. Tədbir zamanı ktabxana filialın müdiri Firəngiz Nəsibova iştirakçılarla söhbətdə  mütaliə etmək bilik əldə etməyin ən yaxşı üsulu olduğunu qeyd edib. Eyni zamanda vurğulayıb ki, biliklərin qorunub saxlanmasında və nəsildən-nəslə ötürülməsində müdriklik xəzinəsi olan kitabların rolu əvəzedilməzdir. Tədbirin  təşkil edilməsində əsas məqsədimiz də  əhalinin kitaba, mütaliəyə olan marağını artırmaqdır. Tədbirin sonunda kitabxanaya yeni oxucular üzv yazılıb.