QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
28 Avqust , 2019

  28 avqust 2019-cu il tarixdə saat 12:30-da  Qazax rayon MKS-in  Yuxarı Salahlı kənd  1 və 2 saylı kitabxana filialları açıq havada  “Yay məktəbi” rublikasında “Səyyar kitabxana” xidməti təşkil edib. Tədbirdə fəal oxucular, kənd əhalisindən bir qrup və mədəniyyət işçilərindən ibarət olmaqla 38 nəfər iştirak edib.Tədbirdə “Kitabı tanıdın, kitabla tanının” başlıqda 150 nüsxədən çox müxtəlif mövzulara aid ədəbiyyat sərgilənib.  Oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyət və incəsənətinə dair,  bədii ədəbiyyat,  türk, rus və ingilis dillərində kitablar, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatı geniş yer tutub. 1 saylı kitabxana filialın müdiri Tamam Cəfərova oxucularla söhbət zamanı bildirib ki,  məqsədimiz sakinlərə kitabxanaya daxil olan yeni kitablar haqqında məlumat vermək, onların   kitab mütaliə etməsinə şərait yaratmaq  və eyni zamanda kitabxanaya yeni oxucu cəlb etməkdir.            Balaca oxucular daha çox illüstrativ materiallarla zəngin olan yeni nəşrlərə üstünlük veriblər.Maraqlı keçən tədbirdə kitabxanaya yeni oxucular üzv yazılıb.