QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
5 Sentyabr , 2019

  05 sentyabr 2019-cu il tarixdə saat- 11:00-da Qazax rayon MKS-in  E.Hüseynov adına Mərkəzi kitabxana Oxu zalında Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyinə həsr olunmuş “Elm məbədi” adlı məruzə keçirib. Tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının məzun və tələbələri, Qazax Dövlət Sosial- İqtisadi Kollecinin tələbələri, M. P. Vaqif və M. V. Vidadinin Xatirə muzeyinin əməkdaşları, fəal oxuculardan bir qrup olmaqla 36 nəfər iştirak edib. Tədbirdə Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyinə həsr olunmuş “Elm məbədi” mövzusunda məruzə ilə çıxış edib: “Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi tarixi hadisələrdən biri bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universitetinin yaradılması olmuşdur. BDU Azərbaycan ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidmətlər göstərmiş ilk universitet olmuşdur... ”. Tədbirdə iştirak edən BDU –nun Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin məzunu Rüstəmova Səkinə,Hüseynova Aytac, Dil- ədəbiyyat fakultəsinin ikinci kurs tələbəsi Böyükkişiyeva Şəfəq 100 illik yubileyi YUNESKO- nun dəstəyi ilə Parisdə qeyd ediləcək bir elm məbədinin tələbəsi olduqları üçün qürur hissi keçirdiklərini qeyd ediblər. Müstəqil Azərbaycan Respublikasının inkişafı naminə və təhsil aldıqları elm məbədinin şərəfini ucaltmaq üçün əməli işləri ilə cavab verəcəklərini vurğulayıblar.

Foto Qalereya