QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
9 Sentyabr , 2019

   09 sentyabr 2019-cu il saat-11:00-da Qazax rayon MKS-in E. Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Şəhər 3 saylı Uşaq bağçasında “Sənin baban kim olub” adlı nağıl saatı keçirib. Şöbənin əməkdaşları Bədəlova Zöhrə, Quliyeva Aytəkin, Musayeva Gülbəsti ilə birlikdə 20 nəfər iştirak edib. Uşaqlar ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse prezident Mehriban Əliyevanın kitabları, “Azərbaycan bayrağı”, “Bu yurdu kim sevməz”, “Yurd içində gəzişmələr”, “Sənin baban kim olub” və başqa adda  kitablarla tanış olublar. Uşaqlardan Hüseynli Məryəm, Rəhimli Təhminə, Hüseynli Rəsul, Qasımlı Fərdi vətənə, qəhrəmanlığa aid şeirlər söyləyiblər, nağıllardan parçalar söyləyiblər. Bağçanın müdiri Şıxıyeva Lamiyə belə tədbirlərin uşağın mütaliəyə yönləndirilməsində böyük rolu olduğuna görə  kitabxana işçilərinə öz təşəkkürünü  bildirib.

Foto Qalereya