QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

QAZAX RAYON
Haqqımızda
3 İyun , 2014

Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsi oxuculara abonement və oxu zalı vasitəsilə kitabxana xidməti göstərir. Oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasını həyata keçirir. Oxuculara xidmət işi əsasən kitablar, qəzet və jurnallar, yeni alınmış elektron materiallar vasitəsilə aparılır. Oxuculara kitabxanadan istifadə qaydaları haqqında məlumat verilir. Kitabxanada oxucuları kitabxanaya cəlb etmək üçün oxu zalında 4 dəst kompyuterdən ibarət Wi-Fi zonası yaradılmış və oxucular internetdən pulsuz istifadə edirlər. Həmçinin oxu zalında əlamətdar və tarixi günlərə dair kitab sərgiləri kitab təqdimatları, kitab müzakirələri, ədəbi-bədii kompozisiya və s. müxtəlif adda tədbirlər keçirilir. Oxu zalı 14 adda qəzet və jurnala abunədir. Son 5 ilin dövri mətbuatı arxivdə saxlanılır. 
Şöbə müdiri: Həcər Hadıyeva
Abonement bölməsinin müdiri: Gültəkin Bədəlova
Oxu zal müdiri: Taliyyə Sanıyeva
Baş kitabxanaçı: Bəsti Məmmədova 
Baş biblioqraf: Ceyran Qafarova
Böyük kitabxanaçı:Kəmalə Nuruyeva 
Multimedia mütəxəssislər: Samirə Mansurova, Safa Hacıyeva 
Kitabxanaçı informasiya texnologiyaları üzrə mütəxəssis: Venera Əliyeva, İradə Hacıyeva 
Sistem inzibatçısı: Sona Hüseynova