QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
8 Oktyabr , 2019

08 oktyabr 2019-cu il tarixdə saat 11:00-da Qazax rayon MKS-in E.Hüseynov adına Mərkəzi kitabxana oxu zalında “Azərbaycan şərqşünaslıq elminin əbədiyaşar siması:Aida İmanquliyeva-80” adlı dəyirmi masa keçirib. Tədbirdə BDU-nun Qazax filialı, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, fəal oxucular və mədəniyyət işçilərindən bir qrup olmaqla 48 nəfər iştirak edib.Tədbiri giriş sözü ilə MKS-in direktoru Solmaz Babanlı açaraq qeyd edib ki, XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri də şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevadır.Aida xanım çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, bütün varlığı ilə milli kökə, xalqa bağlı şəxsiyyət olmuş, xalqın maariflənməsi, tərəqqiyə qovuşması, milli yaddaşın qorunması kimi nəcib niyyətlər onun yaradıcılığının əsas qayəsini təşkil etmişdir.Oxuculara xidmət şöbəsinin müdiri Bəsti Məmmədova “Azərbaycan şərqşünaslıq elminin əbədiyaşar siması: Aida İmanquliyeva-80” adlı məruzəsində onun həyat və fəaliyyətindən məlumat verdikdən sonra bildirib ki, alimin bir çox xarici dillərə tərcümə edilmiş “Yeni ərəb ədəbiyyatı korifeyləri” kitabı onun çoxillik gərgin araşdırmalarının yekunu olmaqla ərəb məhcər ədəbiyyatı haqqında yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında  geniş maraq doğurmuş, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Onun əsərləri həm ölkə daxilində, həm keçmiş SSRİ məkanında və həm də xaricdə çap olunan sanballı beynəlxalq jurnallarda nəşr edilmişdir.BDU-nun Qazax filialının IV kurs tələbəsi Nəzrin Məmmədova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin məzunu Nəzrin Əliyeva, direktor müavini Münəvvər Süleymanlı,  kitabxananın mütəxəssisi Səyalı Abdullayeva və başqaları məruzə ətrafı çıxışlarında qeyd ediblər ki, gələcək nəsillər, xüsusilə də şərqşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı Aida İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək və onun əsl alim kimi keçdiyi şərəfli ömür yolunu yenidən öyrənəcəklər.

 

Foto Qalereya