QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
29 Noyabr , 2019

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Birliyin Qazax-Ağstafa bölməsinin rəhbəri Aşıq Camoy Qurbanovun 65 illik yubileyi qeyd olunub.

Qazax Rayon Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyasının Foklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, aşıqlar, şairlər,  yubilyarın ailə üzvləri, yaxınları, doğmaları,KİV nümayəndələri iştirak ediblər.

Foto Qalereya