QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
11 Yanvar , 2020

11 Yanvar 2020-ci il tarixdə saat 11:00-da Qazax rayon MKS Mədəniyyət Mərkəzi ilə birlikdə  Mədəniyyət Mərkəzində 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “ 20 yanvar -Şərəf və qəhrəmanlıq tariximizdir”adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbir Mədəniyyət Mərkəzinin qarşısında Mərkəzi Kitabxananın təşkil etdiyi “20 Yanvar –Xalqımızın azadlıq, müstəqillik tarixi” adlı kitab sərgisinə baxışla başladı. Sonra tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi. Tədbirdə mədəniyyət işçiləri, rayon ziyalıları, şairlərdən Bilal Qoca, Tamella Poladlı, Gülsənəm Cəlili və məktəblilər iştirak etdi. Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Pəri Məmmədova tədbiri açdı. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra o, bildirdi ki, Azərbaycan tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsindən artıq 30 il ötməsinə baxmayaraq bu günü biz həmişə xatırlamalıyıq. Hər addımı gülüstana çevrilən Azərbaycan haqqında danışarkən bu günlərimiz üçün öz canlarını əsirgəməyən 20 Yanvar şəhidlərinin cəsarəti, qəhrəmanlığı əsla unudulmamalıdır. Ulu Öndər Heydər Əliyevin tarixi hadisələrə yanaşma nümunəsi hadisələrin gənc nəslin yaddaşına yazılması prosesində hər birimiz üçün tarixi bir dərsdir. Biz 20 yanvar faciəsini Ulu Öndərin dediyi kimi təkcə faciə kimi deyil, həm də müasir tariximizin şanlı səhifələrindən biri kimi xatırlamalıyıq. Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İ.Qurbanov, Mədəniyyət Mərkəzinin direktoru Z.Həsənova, MKS-nin direktoru S.Babanlı, Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı N.Əliyeva çıxış etdilər. Şairlər 20 yanvar şəhidlərinin əziz xatirəsinə həsr edikləri şeirlərini oxudular. Tədbir Mədəniyyət Mərkəzinin bədii rəhbəri Nofəl Əliyevin hazırladığı musiqili ədəbi-bədii kompozisiya ilə başa çatdı.

 

Foto Qalereya