QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Xəbərlər
12 Mart , 2020

1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi "Kommunist" qəzeti 1921-ci il 24 mart tarixli nömrəsində yazırdı ki, "Novruz bayramı" günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilir.