QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
19 Aprel , 2020

19 mart 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı ərəfəsində start verdiyi “Dost xonçası” kampaniyasına Ağstafa Regional Mədəniyyət Idarəsinin Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi də qoşulub. Bununla əlaqədar  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı və  kitabxananın əməkdaşları aztəminatlı və həssas qrupdan olan 14 yaşlı əlil  Əliyev Hüseyn Habil oğluna baş çəkib,  “DOST xonçası”nı təqdim edib, onunla bayramlaşıblar.

Bu aksiyanın məqsədi  aztəminatlı və həssas insanları ziyarət etmək, onlarda bayram əhval-ruhiyyəsi yaratmaq, nəsillərdən nəsillərə ötürülən bu adət-ənənəmizi qoruyub saxlamaqdır. 

 
Foto Qalereya